Sevinc Fətəliyevanın sosial hesabı oğurlanıb
Milli Məclisin deputatı Sevinc Fətəliyevnın facebook hesabı oğurlanıb.
XALQ xəbər verir ki, bu barədə məlumatı millət vəkili özünün facebook sosial şəbəkə hesabında bildirib. Deputat hesabının kim tərəfindən oğurlandığını məlum olmadığını qeyd edib .
Millət vəkili hesabının bərpa olunması istiqamətində çalışdığını vurğulayıb.
Millət vəkilinin paylaşımını təqdim edirik:
Dostlar, məlumat vermək istəyirəm ki, Facebook hesabım qanunsuz müdaxiləyə məruz qalıb.
Son vaxtlar mənim adımdan sizə şübhəli mesajlar və ya keçidlər göndərilibsə — xahiş edirəm, onları nəzərə almayın və üzərinə klikləməyin.
Hazırda hesabın bərpası üzərində işləyirəm. Anlayışınıza görə təşəkkür edirəm.










