Seymur Orucov bu kənd sakonlərinin müraciətlərini həll etdi
Ağstafada vətəndaşların səyyar qəbulunun növbəti ünvanı Kolxəlfəli kənd yaşayış məntəqəsi olub
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov 2025-ci il oktyabr ayının qrafiki üzrə vətəndaşların ilk səyyar qəbulunu keçirib. Kolxəlfəli kənd tam orta məktəb binasında təşkil olunan səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti üzrə təşkilatların məsul şəxsləri və kənd sakinləri iştirak ediblər.
RİH başçısı çıxışında Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Respublikanın hər yerində, o cümlədən Ağstafa rayonunda keçirilən səyyar qəbulların əhəmiyyətinə toxunaraq qeyd edib ki, başlıca məqsəd dövlət siyasətinin əsas istiqamətlərindən olan yerlərdə əhalinin sosial rifahının diqqətdə saxlanılması və vətəndaşların məmnunluğunun təmin edilməsindən ibarətdir. Diqqətə çatdırılıb ki, hər bir vətəndaş yaşadığı ünvanı tərk etmədən mobil cihazları vasitəsi ilə rahat şəkildə “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla da istənilən məzmunlu müraciətini Ağstafa Rayon İcra Hakimiyyətinə ünvanlaya bilər.
Səyyar qəbulda vətəndaşların qaldırdıqları məsələlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında müvafiq tapşırıqlar verilib.
****
Həmçinin Ağstafa RİH başçısı vətəndaşların növbəti səyyar qəbulunu Eynallı kəndində keçirib.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yerlərdə vətəndaşların səyyar qəbullarını və əhali ilə görüşlərini davam etdirir. Eynallı kənd tam orta məktəbində təşkil olunan növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda vətəndaşların müxtəlif məzmunlu müraciətlərinin hərtərəfli araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda, yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində aidiyyəti üzrə məsul şəxslərə göstərişlər verilib.