Seymur Orucov fəal gənclərlə görüşdü
Gənclər Günü münasibəti ilə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucov rayonun fəal gəncləri ilə dəyirmi masada görüşüb, rayonun sosial-iqtisadi inkişafı, mədəni-ictimai məsələlərinə dair onların fikirlərini öyrənib, təklif və müraciətlərini qəbul edib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub. RİH başçısı diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli Sərəncamı ilə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi gənclərin dövlət və cəmiyyət həyatında rolunun strateji əhəmiyyət daşıdığını bir daha təsdiqləyib. Tədbirdə Poylu kənd tam orta məktəbin müəllimi Qocayeva Gülnar Knyaz qızı, fəal gənclər – Yolçuyeva Səma Pərviz qızı, Həsənli Həmid Vüqar oğlu, Hüseynli Zəhra Xaliq qızı, Mahmudova Şahnaz Mircamalovna qızı, Məmmədova Nurgün Çingiz qızı çıxış edərək ölkəmizin bütün sahələrində əldə olunan yüksək nəaliyyətlərə və gənclərin inkişafı, səmərəli fəaliyyətləri üçün yaradılan yüksək şəraitə görə Prezident İlham Əliyev və Birinci vitse Prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.













