Seymur Orucov növbəti dəfə Ağstafa rayon Mərkəzi bazarında olub
Seymur Orucov növbəti dəfə Ağstafa rayon Mərkəzi bazarındakı mövcud şəraitə diqqət yetirib, bazarın fəaliyyətinə dair aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov aidiyyəti üzrə məsul şəxslərlə birlikdə rayonun Mərkəzi bazarındakı mövcud şəraiti növbəti dəfə nəzərdən keçirib. RİH başçısı satıcı və alıcılarla söhbətlər aparıb, bazarın fəaliyyətinə dair onların fikirlərini öyrənib, mövcud sanitar-gigiyenik şəraiti araşdırıb. Aşkar olunan çatışmazlıq və nöqsanlar, o cümlədən satıcıların fəaliyyəti üçün mövcud şərait, eləcə də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinə dair məsul şəxslərə nəzarət qaydasında tapşırıq və müvafiq tövsiyələrini verib.


























