Seymur Orucov sakinlərin müraciətlərini həll etdi
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir. Müvafiq qrafikə uyğun olaraq Tatlı kənd tam orta məktəbin binasında təşkil olunan növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti təşkilatların nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Səyyar qəbulda giriş nitqi söyləyən RİH başçısı hər kəsin 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünü təbrik edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tam suveren dövlət olaraq gələcəyə inamla addımlayır.
Vətəndaşların müxtəlif məzmunlu təklif və müraciətləri qəbul olunub, qaldırılan məsələlərin həlli tədbirləri müəyyən edilib. Aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında müvafiq tapşırıqlar verilib.














