Seymur Orucov sakinlərin müraciətlərini həll etdi
Ağstafanın Dağ Kəsəmən kəndində vətəndaşların növbəti səyyar qəbulu təşkil olunub
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Dağ Kəsəmən kənd yaşayış məntəqəsində növbəti dəfə vətəndaşların səyyar qəbulunu keçirib. Bu səyyar qəbulda da rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti təşkilatların səlahiyyətli nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Qəbulda giriş nitqi söyləyən RİH başçısı diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Respublikanın hər yerində, o cümlədən Ağstafa rayonunda mütəmadi olaraq təşkil olunan bu cür vətəndaşların səyyar qəbullarının, eləcə də əhali ilə görüşlərin əsas məqsədi sakinləri narahat edən məsələləri daha dərindən öyrənərək operativ həllinə nail olmaqdan ibarətdir.
Vətəndaşların irəli sürdükləri müxtəlif məzmunlu müraciətlər qəbul olunub, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə nəzarət qaydasında tapşırıqlar verilib.















