media-0001

Ağstafa şəhərində vətəndaşların növbəti səyyar qəbulu təşkil olunub

Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun yaşayış məntəqələrində vətəndaşların səyyar qəbullarını davam etdirir. Ağstafa şəhər 1 nömrəli tam orta məktəb binasında keçirilən növbəti vətəndaş qəbulunda rayonun məsul şəxsləri, aidiyyəti təşkilatların əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. RİH başçısı, yerlərdə mütəmadi olaraq keçirilən səyyar qəbulların əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini diqqətə çatdıraraq qeyd edib ki, əsas məqsəd vətəndaş məmnunluğunu artırmaq, əhalini narahat edən məsələləri dərindən araşdıraraq operativ həllinə nail olmaqdan ibarətdir.
Səyyar qəbulda vətəndaşların qaldırdıqları müxtəlif məzmunlu məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Hər bir məsələyə dair müvafiq müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib.

media-0001 media-0002 media-0003 media-0004 media-0005 media-0006


media-728x90banner

Bənzər xəbərlər