Seymur Orucov şəhid anasını ziyarət etdi
Ağstafa RİH başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxləri ilə birlikdə müalicəsi yaşadığı mənzildə davam etdirilən Vətən müharibəsi şəhidimiz Mahmud Fərman oğlu Əhmədovun anasına baş çəkib, ailənin qayğıları ilə maraqlanıb.
Söhbət zamanı şəhid ailələrinin üzvlərinə, müharibə əlillərinə, habelə bu kateqoriyadan olan hər bir vətəndaşına dövlətimizin göstərdiyi sonsuz qayğı və diqqətdən söz açılıb. Hazırda səhhətinin yaxşılığa doğru dəyişdiyini söyləyən Aybəniz ana, şəhid ailələrinin üzvlərinin sağlamlığının daim diqqətdə saxlanılmasını, onların sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsini hər kəsin təqdirəlayiq hal kimi qiymətləndirdiyini bildirib və buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib.