media-046
Bu gün Ağstafa rayonunun Qırılı kəndindən olan məktəb direktoru vəzifəsindən qələmi silaha dəyişərək 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Elvin Elsevər oğlu İmaməliyevin ailəsində, eyni zamanda, hər bir ağstafalının qəlbində sevinc və fərəh hissləri yaşanır. Belə ki, Vətən uğrunda nümayiş etdirdiyi qəhrəmanlıq nümunəsi ilə hər bir azərbaycanlının dilində dastana çevrilən Elvin müəllimin övladları, Təyyar və Turan oğullarımızın kiçik toy mərasimi keçirilir.
Ağstafa şəhərində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində, şəhidimizin doğmaları, dostları, o cümlədən Ağstafa RİH başçısı Seymur Orucov, rayonun məsul şəxsləri, ictimaiyyət nümayəndələri iştriak edirlər.
Allahdan şəhidlərimizə rəhmət diləyir, onların hər bir ailə üzvünə möhkəm cansağlığı, xoşbəxt ömür arzu edirik!
media-048 media-044 media-045 media-046

media-728x90banner

Bənzər xəbərlər