Seymur Orucov vətəndaşların müraciətlərini həll etdi
Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Həsənsu kənd yaşayış məntəqəsində keçirib.
XALQ xəbər verir ki,səyyar qəbulda giriş nitqi söyləyən RİH başçısı ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən söz açaraq bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qətiyyəti sayəsində qazanılmış parlaq Qələbəmiz müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev ideyalarının təntənəsidir. Ulu Öndərin ideyaları əsasında işğaldan azad olunan ərazilərimizdə Konstitusiya quruluşunu bərpa edən Azərbaycanın qüdrəti, beynəlxalq nüfuzu sürətlə artır və ölkəmiz daha yeni zirvələr fəth etməyə doğru inamla irəliləyir. Vətəndaşların qaldırdıqları hər bir məsələyə dair aidiyyəti üzrə məsul şəxslərlə birlikdə müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib. Məsul şəxslərə nəzarət qaydasında müvafiq tapşırıqlar verilib.