Seymur Orucov vətəndaşların müraciətlərini həll etdi
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov müvafiq qrafikə uyğun olaraq vətəndaşların növbəti səyyar qəbulunu Tatlı kənd tam orta məktəbin binasında keçirib. Qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, aidiyyəti təşkilatların səlahiyyətli nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda müxtəlif məzmunlu məsələlər səsləndirən vətəndaşların müraciətləri qeydiyyata alınıb. Məsələlər ətrafında müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib, o cümlədən aidiyyəti məsul şəxslərə müvafiq tövsiyələr və nəzarət qaydasında tapşırıqlar verilib.














