media-01
RİH başçısı Ağstafa şəhərində vətəndaşların növbəti səyyar qəbulunu keçirib
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq Ağstafa şəhər 1 nömrəli tam orta məktəb binasında keçirdiyi vətəndaşların növbəti səyyar qəbulunda aidiyyəti təşkilatların məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
RİH başçısı giriş nitqində Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı, xalqımızın firəvanlığı naminə misilsiz tarixi xidmətlərini diqqətə çatdırıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev vətəndaş rifahının təminatını dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi müəyyən edib, əhalinin sosial müdafiəsinə daim yüksək diqqət və qayğı göstərib. Ulu Öndərin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində ölkəmiz böyük nailiyyətlər əldə edib, tarixə qızıl hərflərlə həkk olunan möhtəşəm Zəfər qazanıb.
Səyyar qəbulda vətəndaşların qaldırdıqları məsələlər ətrafında müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib. Məsələlərin operativ şəkildə həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret göstərişlər verilib.
media-01 media-02 media-03 media-04

media-728x90banner

Bənzər xəbərlər