Seymur Orucov vətəndaşlarla görüşdü: Müraciətlər yerindəcə həll olundu
Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir. Müvafiq qrafikə uyğun olaraq təşkil olunan növbəti qəbullarda RİH başçısı aparatının və aidiyyəti üzrə təşkilatların məsul şəxsləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Səyyar qəbullarda giriş nitqi söyləyən RİH başçısı bildirib ki, bu gün Azərbaycan nəinki regionda, eyni zamanda dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında yerini möhkəmləndirməkdədir. Bu inkişafın əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına öz müstəqil siyasi xətti ilə qətiyyətlə cavab verir. Vətəndaş cəmiyyətinin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmiz dünya müstəvisində qazandığı yüksək nüfuzu ilə sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın gerçəkliklərini təşkil edir.
Müxtəlif məzmunlu təklif və müraciətləri dinlənilən vətəndaşların qaldırdıqları məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlərin qanunamüvafiq qaydada həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret göstəriş və müvafiq tövsiyələr verilib.
Həmçinin Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq Qıraq Kəsəmən kənd tam orta məktəbin həyətində keçirdiyi vətəndaşların növbəti səyyar qəbulunda RİH başçısı aparatının məsul şəxsləri, aidiyyəti təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.
RİH başçısı diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Respublikamızın hər yerində, o cümlədən Ağstafa rayonunun yaşayış məntəqələrində əhali ilə keçirilən bu cür görüşlərin, təşkil olunan səyyar qəbulların əsasında vətəndaş məmnunluğunun təmin olunması dayanır. Belə ki, başlıca məqsəd yerlərdə narahatlıq doğuran məsələləri əhali ilə ətraflı müzakirə edərək daha dərindən araşdırmaq, nəticədə həlli vacib məsələlərin və mövcud çatışmazlıqların operativ həllinə nail olmaqdan ibarətdir. Həmçinin hər kəs yaşadığı ünvanı tərk etmədən rahat qaydada mobil cihazları vasitəsi ilə “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla istənilən məzmunlu müraciətlərini də aidiyyəti üzrə göndərə bilər.
Səyyar qəbulda sakinlər tərəfindən səsləndirilən məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eyni zamanda yerli icra hakimiyyətlərinin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə nəzarət qaydasında müvafiq tapşırıqlar verilib.