Seymur Orucov vətəndaşlarla görüşdü,şəhid atasının yasında iştirak etdi
Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir. Müvafiq qrafikə uyğun olaraq Qıraq Kəsəmən kənd tam orta məktəb binasında təşkil olunan növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Səyyar qəbulda təklif və müraciətlə çıxış edən vətəndaşların qaldırdıqları məsələlər nəzarətə götürülüb. Hər bir müraciətə dair aidiyyəti üzrə məsul şəxslərin arayışları dinlənilib, məsələlərin həlli tədbirləri müəyyən edilib.
Həmçinin rayon icra başçısı Seymur Orucov şəhid atasının yasında iştirak edib.
Ağstafa Rayon Ağsaqqallar Şurasının mərhum sədri, aşıq sənətinin görkəmli nümayəndəsi, şəhid atası Hüseyn Əziz oğlu Hüseynovun vəfatından yeddi gün ötüb. Mərhumun Göycəli kəndindəki doğma evində keçirilən yas mərasimdə, o cümlədən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.




















