Seymur Orucov yas mərasimində iştirak edib
Ağstafa rayonunun Yenigün kəndindən olan, 44 günlük Vətən müharibəsi qazimiz Kənan İbarət oğlu Aşırovun doğma evində yas mərasimi keçirilib. Mərasimdə, o cümlədən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qazimizin valideynlərinə, doğmaları və yaxınlarına dərin hüzünlə baş sağlığı verilib, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edən Vətən övladlarının ruhuna dualar oxunub.
Allahdan şəhidlərimizə rəhmət, qazilərimizin sağlamlıqlarına qovuşmasını diləyirik!














