media-1
Ağstafanın qabaqcıl təhsil işçilərindən olan Qızbəs Əliyevanın 75 illik yubileyi qeyd olunub
Ağstafa RİH başçısı Seymur Orucov imzaladığı müvafiq Sərəncamla Qızbəs Heydər qızı Əliyevanı rayonun ictimai-siyasi həyatında, təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə fərqləndiyinə və 75 illik yubileyi ilə əlaqədar Fəxri Fərmanla təltif edib, yubilyara gül dəstəsi və hədiyyə təqdim edərək ağstafalılar adından ona dərin minnətdarlığını ifadə edib.
Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatında təşkil olunan tədbirdə, o cümlədən məsul şəxslər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qızbəs Əliyeva 1951-ci il 17 apreldə Ağstafa rayonunun indiki Vurğun qəsəbəsində dünyaya göz açıb. 1971-1976-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunu bitirib, elə ali təhsilini başa vurduqdan dərhal sonra Köçəsgər kənd tam orta məktəbində müəllim kimi ilk addımlarını atıb. Ayrı-ayrı dövrlərdə Ağstafanın müxtəlif məktəbəqədər təhsil ocaqlarında qırx il ərzində öz bilik və bacarıqlarını, təcrübəsini əsrigəməyib, 2016-cı ildə təqaüdə yollanıb. O, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən fal ağstafalı üzvlərindən, eləcə də Ağstafa Rayon Ağsaqqallar Şurasının üzvüdür.
media-1 media-2 media-3 media-4

media-728x90banner

Bənzər xəbərlər