media-sahin

Daxil olan şikayətdə bildirilib ki, hazırda 21 nəfər Azərbaycan vətəndaşı Şarm əl-Şeyx hava limanında qalıb. Vətəndaşlar “Shani Travel” tur şirkəti vasitəsilə Misirə səfər ediblər və bu gecə Bakıya qayıtmaq üçün uçuş planlaşdırılıb.

Lakin artıq təxminən 5 saata yaxındır ki, qrup hava limanında gözləyir. Şirkət əlavə 250 ABŞ dolları ödənilməsini tələb edir və vətəndaşların heç biri bu məbləği ödəyə bilmir.

Patrul.az xəbər verir ki, vətəndaşlar məsələ ilə bağlı hüquqi və diplomatik müdaxilə tələb edir və aidiyyəti qurumların diqqətinə çatdırılmasını istəyirlər.

Hava limanında qalan qrup vəziyyəti sübut edən video görüntüləri də təqdim edib.

Vətəndaşlar bildirirlər ki, məsələ ilə bağlı təcili müdaxiləyə ehtiyac var və onların Bakıya dönüşünün təmin olunması üçün aidiyyəti qurumların müvafiq addımlar atacağına ümid edirlər.Patrulaz.az


media-728x90banner

Bənzər xəbərlər