Sinifdə qalan 250 şagird imtahandan uğurla keçdi
250 nəfər eksternat imtahanları vasitəsilə attestat almağa müvəffəq olub.
XALQ.AZ xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, müxtəlif səbəblərdən əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün 2020-2021-ci tədris ilində təşkil edilən onlayn eksternat imtahanlarında ümumilikdə 316 nəfər iştirak edib.
Onlardan 250 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.










