media-ilqq

Şirvan şəhərində yerləşən yaşayış binası sakinlər və ətraf əhali üçün ciddi təhlükə mənbəyinə çevrilib.

XALQ xəbər verir ki, Şirvan şəhəri, S.Zeynalov küçəsi, bina 2 ciddi təhlükəli vəziyyətdədir. Binaya təmir üçün çağırılan usta bildirir ki, binanın zirzəmisinə düşəndə dəhşətə gəlib. Onun sözlərinə görə, binanın təməli çökmək üzrədir, betonlar yararsız vəziyyətə düşüb və 5 mərtəbəli bina hər an çökə bilər.

Usta həmçinin əlavə edib ki, binanın təməl kolonu çökmüş, armaturlar əyilib və bu vəziyyət binanı yaşayış üçün tamamilə təhlükəli edir.

“Burada yaşayış qəti mümkün deyil” deyən ustanı gördüyü vəziyyət dəhşətə gətirib.

Patrulaz.az olaraq xahiş edirik: faciə yaşanmadan hər bir vətəndaşdan və aidiyyəti qurumlardan rica olunur ki, məsuliyyəti dərk edərək binanın vəziyyətinə dərhal müdaxilə etsinlər.

Sakinlərin və şəhər əhalisinin təhlükəsizliyi hər şeydən önəmlidir və bu məsələyə biganə qalmaq olmaz.

Qeyd edək ki,2019-cu ildən Şirvanın icra Hakimiyyətinin başçısı İlqar Abbasovdur.

 

 

 


media-728x90banner

Bənzər xəbərlər