Sıxlaşın arxaya vətəndaşlara tapşırıq…… SAHİL BABAYEV gəlir -Video
Sosial şəbəkələrdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin hansısa binadan çıxaraq, öz xidməti avtomobilinə doğru getməsini əks etdirən video yayımlanıb. Kadrlardan görünür ki, naziri 7-8 nəfər kostyumlu, qalstuklu “əsabələr” və “qorumaları” avtomobilinə qədər yola salır.
Hələ onlardan biri ətrafdakılara “sıxlaşın arxaya görüm”, deyərək əmr edir. Ətrafda 6-7 polis əməkdaşı, avtomobilin yanında isə Yol Patrul Xidmətinin əməkdaşları görünür. Hamı salam verir, “çest verir”, az qala baş əyir və sair.