"Sizə səs verəcəyəm".... Rəşad Aslanovun seçicilərlə görüşləri-Video-Foto
XALQ.AZ məlumat verir ki, 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Rəşad Aslanov avqustun 20-də Qusar rayonu Yasaboba, Çubuqlu, Hiloba, Əniğoba kəndlərində seçicilərlə görüşüb.
Ehtiyatda olan polkovnik Rəşad Aslanovun seçki platforması görüş iştirakçılarının diqqətinə çatdırılıb. Çıxışı zamanı mən sizin qayğılarınızdan xəbərdaram, hər birinizin problemləri zamanla həll olunması üçün biz birlikdə çalışmalıyıq. Doğma Qusarımız üçün, əlimdən gələni əsirgəməyəcəyəm deyə Rəşad Aslanov qeyd edib.
Minlərlə əziz qusarlıların “Sizə səs verəcəyəm” “Siz bizim millət vəkilimiz olacaqsız” sözlərini eşitmək doğrudan da sözlə ifadə edilməyəcək möhtəşəm bir hissdir. Mən sizin etimadınızı doğruldacağam! Mən sizlərdən biriyəm Sizin üçün çalışacağam! Mənim amalım Dövlətə-sədaqətlə,Xalqımıza-şərflə xidməti davam etdirməkdir deyə deputatlığa namizəd qeyd edib.
Görüşdə sakinlərin ümumi və fərdi mövzudakı müraciətləri aidiyyatı üzrə baxılması üçün qeydiyyata alınıb.
Seçicilər 1 sentyabr parlament seçkilərində Rəşad Aslanova səs verəcəklərini vurğulayıblar.
Qərargahdan bildirilib ki, görüşlər davam etdirilir.