“Slavyanka”dan üfünət iyi gəlir….-Şikayət
“Slavyanka” sularından üfunət iyi gəlməsi ilə bağlı şikayətlər artır.
“Slavyanka” suyu ilə bağlı “Müştəriyəm şikayətim var” sosial hesabda paylaşılıb .
XALQ xəbər verir ki, Toğrul Nəsirov adlı şəxs qeyd edib ki, əvvəllər tez-tez aldığı sudan indi üfunət iyi gəldiyini müşahidə edib:
“Şikayətim Slavyanka suyuyla bağlıdır. Əvvəl çox alırdım, indi isə iki dəfə ardıcıl almışam, sudan üfunət iyi gəlir. Qabdan yox, məhz sudan gəlir. Qrupda başqa bir şəxsin də belə bir paylaşım etdiyini gördüm. (Qabın boş olması suyu başqa yerə töküb iyin məhz sudan gəldiyini yoxlamaq idi)” – deyə o, bildirib.
Nəsirovun sözlərinə görə, oxşar problemlə üzləşən digər alıcılar da sosial şəbəkə qruplarında şərhlər yazıblar.
Xatırlaq ki, şirkətlə bağlı məlumatda “2004-cu ildə təsis edilmiş “Gədəbəy Mineral Suları” şirkəti Gədəbəy dağlarının təbii bulaqlarından əldə olunan suyun istehsalı və satışı ilə məşğul olur. İlk dəfə Slavyanka kəndində yerləşən “Novlu” bulağın suyu “Gədəbəy” və “Slavyanka” markaları ilə istehlakçılara təqdim olunub, daha sonra digər bulaqlardan istifadə edilməyə başlanılıb” deyə bildirilib.
Nizamnamə kapitalı 100 AZN olan “Gədəbəy Mineral Suları” MMC-nin qanuni təmsilçisi Ramil Fərzəliyev Calal Oğludur.
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxıb.