Redaksiyamıza təqdim edilən videogörüntü əməkdaşlarımız tərəfindən qeydə alınıb. Kadrlarda küləkli və ya yağışlı hava şəraitində dövlət bayrağının dirək üzərində yararsız vəziyyətdə saxlanıldığı görünür.

Qeyd edək ki, dövlət bayrağı ilə bağlı etik yanaşmada və ümumi qaydalarda əlverişsiz hava şəraitində bayrağın dirəkdən endirilməsi, onun cırılaraq və ya yararsız vəziyyətə düşərək dalğalanmasından daha doğru və hörmətli davranış hesab olunur. Bu baxımdan görüntülərin sosial şəbəkələrdə narahatlıq doğuracağı istisna edilmir.

Hazırda SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsində qeydə alınan bu hal həm media nümayəndələrində, həm də bir çox vətəndaşlarda məyusluq yaradıb. Vətəndaşlar hesab edir ki, dövlət rəmzlərinə münasibətdə daha həssas və operativ yanaşma nümayiş etdirilməlidir.

Ümid edilir ki, məsələ ilə bağlı aidiyyəti qurum tərəfindən araşdırma aparılacaq və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün lazımi tədbirlər görüləcək.

 


media-728x90banner

Bənzər xəbərlər