“SOCAR”-da işçilərin əmək haqqları pozulur-Şikayət
“SOCAR Petrolium-un sahə üzrə məsul şəxsləri tərəfindən araşdırılmasına ciddi ehtiyac duyulur. 15 gün gecə-gündüz yanacaq məntəqəsində? Əgər daxil olan məlumat həqiqətdirsə bu ciddi qanun pozuntusudur….” XALQ.AZ xəbər verir ki, bunu öz etirazında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı ifadə edib.
Tanınmış hüquq-müdafiəçisi daha sonra həmin qurumun işçilərindən birinə istinadla yazır:
“Məntəqədə tək işçi oluruq. Yanacaq doldurma məntəqəsində 15 gün orda tək qalırıq. Gecə saat 2-3 müştəri gəlir… oyadır… durub onu yola salırıq. Deyir, “dur yanacaq ver”… Fərqi yoxdur saatın. Məcburuq… yola salamalıyıq…
2 işçi götürüb hərəsinə 500 manat vermirlər… 1 işçiyə 800 manat verib işlədirlər.
15 gün sonra o biri gəlir…. Amma 2 növbə etsələr, adama 500 manat versələr rahat işləmək olar… Amma bir işçiyə 800 manat verib işlədirlər.
Qanun isə deyir ki:
Əmək münasibətlərində saat 18.00-22.00-a kimi axşam vaxtı, 22.00-dan – səhər saat 06.00-a kimi gecə vaxtı sayılır. Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə, onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində – işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində -isə 40 faizi həddində əlavə haqq müəyyən edilir…”
Lakin göründüyü kimi “SOCAR” -ı idarə edənlər qanunlarımızı heçə sayaraq öz idarəçiliyi ilə işçiləri əmək haqqlarını pozurlar.