media-socar

“SOCAR”ın  istifadə olunmuş televizor və monitorlar  satılır.

XALQ-a daxil olan məlumata görə  “SOCAR” a tabe olan idarə və müəssələrindən işlək televizorlar və monitorlar televizor təmirçilərinə  verilərək ikinci əl kimi satılır.

Məlumatda qeyd olunur ki,   82 və 108 cm ölçüdə olan işlək televizorlar və monitorlar istifadə olunmuş (ikinci əl) kimi ustalara verilib ki satılsın.

Satışda olan müxtəlif markalı və ölçülü televizorlarlar və monitorlar işlək vəziyyətdədir və bazar dəyərindən  ucuz qiymətə satılır. Qeyd olunur ki, satılan  televizorlar və monitorlar yenisi ilə əvəz olunduğu üçün yararsız və işlək olmadığına görə akt tərtib edilərək silinmə edilib.

Məsələ ilə bağlı “SOCAR”dan  münasibət öyrənmək mümkün olmadı

Mövzü ilə bağlı maraqlı tərəflərin fikirlərini dərc etməyə hazırıq.

 


media-728x90banner

Bənzər xəbərlər