“SOCAR”-ın rəsmisi Ramil Əsədulzadənin Rumıniyada gizli eşq macərası -Fotofakt
“SOCAR Romania”nın rumın bazarındakı əsas enerji şirkətlərindən birinin baş direktoru Ramil Əsədullazadə səs-küylü qalmaqalın mərkəzinə düşüb.
XALQ Haqqın.az-a istinadla xəbər verir ki, bu barədə Rumıniyanın “Cancan” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, o, həmin şirkətin kadrlarla iş üzrə direktoru Bibiana Konstantinlə gizli münasibətdədir.
Rumıniyalı jurnalistlər qeyd ediblər ki, 37 yaşlı Əsədullazadə Buxarestdəki SOCAR PETROLEUM SA ofisindən çıxaraq xidməti “Audi Q7” ilə Baneasa rayonunda yerləşən İKEA ticarət mərkəzinin avtodayanacağına yollanıb. Onu orada xidməti “Şkoda Kodiaq” ilə gələn Bibiana Konstantin gözləyib.
Qısa dayanacaqdan sonra qadın Əsədullazadənin avtomobilinin arxa oturacağına əyləşib. Müşahidəçilər vurğulayıblar ki, tələsikdə qadın öz maşınında şərab butulkası olan paketi unudub və bir neçə dəqiqə sonra geri qayıdaraq götürüb. Bundan sonra cütlük “Club Snagov”a yollanıb və terrasdakı masada üç saat yarımdan çox vaxt keçirib. Nahar şərabla, söhbətlərlə və jurnalistlərin “tamamilə şəxsi” kimi xarakterizə etdiyi jestlərlə müşayiət olunub. Ardınca Əsədullazadə və Konstantin klubun mehmanxana otağına qalxıblar və şahidlərin sözlərinə görə, orada təxminən beş saat qalıblar.
Klubdan çıxarkən Əsədullazadə qeydiyyat şöbəsinə açarı təhvil verib, qadın isə oteli tərk etməyə çalışıb. Lakin avtomobilə doğru gedərkən onlar artıq münasibətlərini gizlətməyiblər, əllərini tutub öpüşüblər. Buxarestə dönüş yolunda isə Konstantin arxa oturacaqda yox, Əsədulzadənin yanında ön oturacaqda əyləşib.
Nəşrin məlumatına görə, Ramil Əsədulzadə evlidir və ər-arvad birlikdə Buxarestdə yaşayır.
Bundan başqa, Əsədullazadənin keçmiş katibəsi Ramona ilə münasibətindən uşağının olduğu da bildirilir.