ŞOK: “Azərbaycanda gələn il bir məmur öləcək”…
Gənc görücüdən ilginc öncəgörmələr: Azərbaycanda qarışıqlıq gözlənilir…Görücü, falçı, ekstrasens… bu kimi adlarla çağrılmasını istəmir. Deyir ki, hələ gəncdir və ümumiyyətlə, bu sahə ilə tanınmasını istəmir. Amma biz onun adını artıq bir neçə dəfə eşitmişik. Bakıda yaşayır. 11-ci sinifdə oxuyur. Adının çəkilməsini istəmir. Lap elə mətbuatdakı “mötəbər mənbələr” kimi… Deyir ki, bizim millət falçılığa, fala meyilli olduğundan özünün mətbuatda gizli qalmasını arzulayır.Bizə də danışmayacaqdı. Atası ilə dostluğumuz… bunu mümkün etdi. Gələcəkdən xəbər vermə qabiliyyəti var. Atası belə deyir və bildirir ki, hələ uşaq yaşlarından “Ayaz” (şərti olaraq belə adlandıracağıq onu – A.B.) özünün bu qabiliyyəti ilə hamını heyrətləndirib.Atası danışır: “Təxminən 4-5 yaşlarından bu qabiliyyətini ortaya qoydu. O zaman artam ağır xəstə idi. Ayaz dedi ki, 3 günə baba öləcək… doğurdan da 3 gündən sonra atam öldü. Dedik yəqin uşaqdır, fəhminə gəlib…Sonra belə “proqnozlarını” tez-tez eşitdik… Hamısı da düz çıxırdı. Qohumların hamısı onun bu qabiliyyətini biləndən sonra ondan öz gələcəkləri ilə bağlı nəsə demələrini xahiş etdilər. O isə susdu, yalnız özü istədiyi vaxt “proqnoz” verirdi və düz çıxırdı”…Ayaz danışır: “Mən falçı deyiləm. Hələlik özüm də bu hisslərimə ad qoya bilməmişəım. Mənə çox şey əvvəldən bəlli olur. Amma onların əksəriyyəti uzaq ölkələrlə bağlıdır. Hətta adını belə eşitmədiyim ölkələrdən qəlbimə, beynimə informasiya daxil olur. Izahını verə bilmirəm. Ona görə deyirəm ki, mən falçlı deyiləm, bu mənim iradəmdən asılı deyil”…Sual verirəm: “Bəs, bildiklərini, sənə əyan olanları niyə demirsən, mətbuat yazsın, bəlkə kiməsə xeyri dəyər… Bu haqda düşünmüsən?”Ayaz: “Düşünmüşəm. Amma həım də qorxuram. Çünki sonradan yalan çıxar birdən, hamı da məni fırıldaqçıl kimi təqdim edər. Doöğrudur, hələlik yalan çıxanı olmayıb. Amma yenəı də qorxuram. Televizorda fırıldaqçıları çox görmüşəm. Onlara da millətin necə nifrət etdiyini bilirəm. Elə özüm də nifrət edirəm belə şeylərə”…Sual verirəm: “Bizə gələcəklə bağlı nəsə deyə bilərsənmi? Amma Azərbaycanla bağlı olsun”…Ayaz: “Azərbaycanla bağlı yalnlız onu deyə bilərəm ki, çətin günlərimiz olacaq… Aclıq olmasa da, hiss edirəm ki, qarışıqlıq olacaq. Bu qədər”…Sual verirəm: “Ayaz, dəqiq bir şey deyə bilməzsənmi? Məsələn, məmurların taleyi ilə bağlı”…Ayaz: “Mən siyasətə qarışmıram. Gümanıma gələn şeylər var. Amma demirəm. Məsələn, gələn il vəzifə başında olan bir yuxarı vəzifəli şəxsimiz dünyasınlı dəıyişəcək. O, indi də xəstədir. Amma gələn il onun xəstəliyi ağırlaşacaq və qəfil şəkildə öləcək. Məncə bu qədər bəsdir.Bax, sizin gələcəyinizi də əvvəldən hiss etmişdim. Ona görə, özümü əvvəldən hazırladım (gülür)…Maraqlıdırsa, Ukraynadan deyim… Ukraynada qanlı hadisələr olacaq. Orada vəziyyət daha da qarışacaq. Amma Ukrayna Avropa ilə razılaşmayacaq. Rusiya orada qalib gələcək. Türkiyədə isə Ərdoğan gələn il ciddi səs itirəcək. Millətçilərin deputatlarının sayı çoxalacaq. Suriyada Bəşər Əsəd qalib gələcək. İraqda gələn il çevriliş olacaq və İraq parçalanacaq, vətəndaş müharibəısi də olacaq”…Daha sonra susan Ayaz bildirdi ki, yanvar ayında bizə öz adı ilə və öz şəkilləri ilə müsahibə verəcək: “O zaman sizi çağıracam. Indi hələ tezdir”…Məın də onun barəsində oxucuları məlumatlandırmağı özümüzə borc bildiyimizdən bu məqalənbi hazırladım. Bildirim ki, “Ayaz”ın qeyri-adi bacarığının olmasını onunla söhbət zamanı da hiss etmək olar. Mən sanki 11-ci sinif şagirdi ilə yox, dünyanın gəlmişini-getmişini bilən birisi ilə danışırdım. Güman edirəım ki, yanvara vəd edilən görüşümüz sizə də maraqlı olacaq…Anar Bəydilli











