Soltan Məmmədov “Azərbaycan və Çin bir çox regional və beynəlxalq platformalarda sıx əməkdaşlıq edir”
Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 96-cı ildönümü münasibətilə Çinin Azərbaycandakı Səfirliyinin təşkil etdiyi tədbir keçirilib.
Milli Məclisin deputatı Soltan Məmmədov tədbirdə iştirak edib.
Deputat tədbirdə çıxışı zamanı bildirib ki, İki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli siyasi əlaqələrin ikitərəfli münasibətlərin inkişafı üçün çox möhkəm zəmin yaradılıb. Azərbaycan və Çin bir çox regional və beynəlxalq platformalarda sıx əməkdaşlıq edir. Bu, bizim ölkələrimizin maraqlarının bir çox istiqamətlərdə üst-üstə düşdüyünü göstəricididr deyə millət vəkili vurgulayıb.














