Xəbər verdiyimiz kimi 12 saylı Xəzər birinci seçki dairəsində deputatlığa namizəd Soltan Məmmədov seçicilərlə görüşlərini davam edir.
Soltan Məmmədov XALQ.AZ-a bildirib ki, bu gün Şağan qəsəbəsində yerli seçicilərimizlə üçüncü böyük görüşümüzü gerçəkləşdirdik. Ötən iki görüşdə olduğu kimi, bu dəfə də sakinlərimizin səsləndirdikləri aktual məsələləri dinlədik, həlli vacib çətinlikləri qeydiyyata aldıq.
Tədqirəlayiq haldır ki, qəsəbə sakinləri tək sosial və infrastruktur problemləri deyil, mədəniyyət və ya təhsillə bağlı mövzuları da qaldırır, onları narahat edən məqamları aktuallaşdırırlar. Şağan, Mərdəkan və Buzovna qəsəbələri tarixi abidələrlə, milli-mənəvi irs nümunələri ilə zəngindir. Onların qorunması, konservasiyası mövzusunu gələcək fəaliyyətimizdə mütləq halda diqqətdə saxlayacağıq.
Həllinə nail olmaq istədiyimiz digər məsələ bəzi nöqtələrin ictimai nəqliyyat üçün əlçatan olmamasıdır. Qəsəbələrimizdə su qıtlığı problemi də var. Fikrimcə, bu, qarşımızda duran ən vacib məsələlərdən biridir. Ümid edirəm ki, etimad göstəriləcəyi tədqirdə dövlətimizin dəstəyi ilə, seçicilərimizlə həmrəy şəkildə səsləndirilən bütün çətinliklərin aradan qalxmasına öz tövhəmizi verəcəyik.

media-728x90banner

Bənzər xəbərlər