Xəbər verdiyimiz kimi 12 saylı Xəzər birinci seçki dairəsində deputatlığa namizəd Soltan Məmmədov seçicilərlə görüşlərini davam edir.
Soltan Məmmədov XALQ.AZ-a bildirib ki, seçicilərimizlə görüş və müzakirələrimiz davam edir.
Mərdəkanda baş tutan görüş də sakinlərimizlə sual-cavab, disskusiya formatında keçirildi. Sakinləri ən çox maraqlandıran səhiyyə, təhsil, ictimai nəqliyyat, su təminatı kimi mövzular oldu. Bu məsələlərlə bağlı görüşlərimizi, platformamızı bölüşdük, canlı fikir mübadiləsi apardıq.
Sonda deputatlığa namizəd Soltan Məmmədov bildirib ki, seçicilərlə görüşməyə, onların maraqlı təklif və tövsiyyələrini dinləməyə davam edirik.

media-728x90banner

Bənzər xəbərlər