Xəbər verdiyimiz kimi 12 saylı Xəzər birinci seçki dairəsində deputatlığa namizəd Soltan Məmmədov seçicilərlə görüşlərini davam edir.
Soltan Məmmədov XALQ.AZ-a bildirib ki, Mərdəkan qəsəbəsində seçicilərimizlə sonuncu kütləvi tədbirimizi keçirməklə kampaniyamızın əsas hissəsinə yekun vurduq. Qarşıdakı iki gün ərzində yerlərdə sakinlərimizlə ayrı-ayrı görüşlər keçirəcəyik.

Bugünkü görüşümüz təqribən üç həftə ərzində Mərdəkan, Şağan və Buzovna qəsəbələrində reallaşdırdığımız sayca onuncu kütləvi tədbirimiz idi. Bu tədbirlərin hər biri seçicilərimizlə fikir mübadiləsi, dialoq formatında keçməklə yanaşı, seçki platformamızı sakinlərimizə təqdim etmək, onları maraqlandıran suallar və problemlərə cavablarımız və yanaşmamızı bildirmək nöqteyi-nəzərdən pozitiv və məhsuldar təcürbə oldu.
Bu görüşlər həm mənim, həm də komandamızın hər bir üzvü üçün müsbət xatirə olmaqla yanaşı, VI çağırış Milli Məclisdəki fəaliyyətimizə dair bir növ hesabat verməmiz baxımından da əlverişli imkandır.
Ölkəmizdə siyasi sistemin oturuşması və izlənən demokratik islahatlar baxımından, əhalinin siyasi cəhətdən maariflənməsi hər birimizin seçki prosesində fəal şəkildə iştirakını təmin edir. Təbliğat kampaniyası bu reallağı aşkar nümayiş etdirdi. Bu baxımdan, seçki prosesinin ən məsuliyyətli anı olan səsvermə prosesində hər bir seçicimizin iştirak etməsi seçki mədəniyyətimizin daha da inkişafı və təkmilləşməsinə xidmət göstərəcək.

media-728x90banner

Bənzər xəbərlər