Soltan Məmmədovun seçicilərlə görüşləri davam edir
Xəbər verdiyimiz kimi 12 saylı Xəzər birinci seçki dairəsində deputalığa namizəd Solat Məmmədov seçicilərlə görüşləri davam edir.
Soltan Məmmədov bildirib ki, seçicilərimizlə növbəti görüşümüz Şağan qəsəbəsində keçirildi.
Yerli Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri, hörmətli ağsaqqallarımızla maraqlı fikir mübadiləsi apardıq, görüş iştirakçılarını seçki platformamla tanış etdim.
VI çağırış Milli Məclisdə 14 saylı Xəzər seçki dairəsini təmsil etsəm də, qonşu yaşayış məntəqələri, o cümlədən Şağan sakinləri ilə müxtəlif yönümlü məsələlərin çözümü ilə bağlı ünsiyyətim olub. Odur ki, bu görüşü ilk tanışlıqdan daha çox, bələd olduğum qəsəbə sakinləri ilə səmərəli fikir mübadiləsi hesab etmək daha düzgün olar. Ümid edirəm ki, etimad göstərildiyi tədqirdə bu münasibətlərimiz qarşımızda duran hədəflərə çatmaq üçün müsbət rol oynayacaq.
Zəfər dolu keçmişimiz, ümid dolu gələcəyimiz naminə! deyə qeyd edib.














