Soltan Məmmədovun seçicilərlə görüşləri davam edir
Xəbər verdiyimiz kimi 12 saylı Xəzər birinci seçki dairəsində deputatlığa namizəd Soltan Məmmədov seçicilərlə görüşlərini davam edir.
Soltan Məmmədov XALQ.AZ-a bildirib ki, Buzovna sakinləri ilə seçki kampaniyası çərçivəsində üçüncü və son kütləvi görüşümüzü keçirdik. Seçicilərimiz artıq həyata keçirmək istədiyimiz layihələrin mahiyyəti, mövcud problemlərə yanaşmamız, seçki platformamız barədə kifayət qədər məlumatlıdırlar. Bugünkü görüşümüzdə bir daha səhiyyə, infrastruktur, peşə təhsili, özünüməşğulluq kimi məsələlərə dair sualları dinlədik, qeydiyyata aldıq və təbii ki, onların həllinə nail olma yolları barədə fikirlərimizi bölüşdük.
Bu seçkilər müstəqil dövlətçiliyimizin tarixində bütün ölkə ərazisində keçiriləcək ilk parlament seçkiləri olacaq. Bu baxımdan, hər birimiz bu tarixi hadisənin müşahidəçisi deyil, ilk növbədə iştirakçısı olmalı, seçki günündə məntəqələrə gedib səsvermədə iştirak etməliyikdeyə deputatlığa namizəd Soltan Məmmədov qeyd edib.

















