Son məlumat -Kimlər namizədliyini geri götürdü…..
Parlament seçkiləri ilə bağlı çap olunan bülletenlərdə 991 namizədin adı qeyd edilib.
XALQ.AZ xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq seçki prosesinin son mərhələsidir: “Komissiyanın qərarı ilə 6 516 567 seçki bülleteni çap olunub. Bülletenlərdə 991 namizədin adı qeyd edilib. Bu, o deməkdir ki, sentyabrın 1-də keçirilən seçki prosesində geniş seçim imkanı var”.
MSK rəsmisi bildirib ki, bu vaxta qədər namizədlərin bütün təşviqat zamanı bir-birinə qarşı addımları sakit atmosferdə davam edir.
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək və MSK-nın məlumatında qeyd olunmuşdur ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.










