“Biz şikayətlər daxil olan seçki məntəqələri ilə ciddi işləməliyik”.

XALQ.AZ xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov deyib.

O xatırladıb ki, sosial şəbəkələrdə məntəqələrin fəaliyyəti ilə bağlı məlumatlar paylaşılır:

“Bu bizim üçün ən böyük məlumat bazarıdır. Görünür ki, bəzi şəxslər məntəqənin fəaliyyətini iflic vəziyyətə gətirir. O məntəqələr cəzalandırılmağa layiqdir. Üstəlik bu və ya digər formada seçkiləri pozmağa edilən cəhdlər məqsədinə çatıb”. 


media-728x90banner

Bənzər xəbərlər