media-resad
Bu gün dünyada, xüsusən də son gecədən etibarən Venesuela ətrafında baş verən hadisələr və onların yaratdığı reaksiyalar bir həqiqəti açıq göstərir. Dünyada böyük güclər arasında açıq şəkildə deyilməsə də, real təsir və paylaşım mübarizəsi gedir.
Bunu klassik mənada müharibə adlandırmaq olar, ya olmaz, amma fakt budur ki, geosiyasi gərginliklər artır, razılaşmalar kövrəkləşir, risklər isə daha geniş coğrafiyalara yayılır. Belə məqamlarda ən çox zərər görən yenə də sadə insanlar, xalqlar və gələcək nəsillər olur.
Siyasi ambisiyalar heç vaxt insan həyatından, təhlükəsizlikdən və ədalətdən üstün tutulmamalıdır. Dünya üçün bu mərhələdə ən çox ehtiyac duyulan şey sağlam düşüncə, məsuliyyət və diplomatik yanaşmadır.
Ümid edək və dua edək ki, ağıl və dialoq üstün gəlsin, hadisələr daha böyük qarşıdurmalara çevrilməsin. Hamımız üçün daha təhlükəsiz, daha ədalətli və daha sabit bir dünya arzulayaq.
Sülh bir seçim deyil, bəşəriyyət üçün zərurətdir.
Daha təhlükəsiz və etibarlı sabahlar ümidi Ilə…
Rəşad Mahmudov 
Millət vəkili 

media-728x90banner

Bənzər xəbərlər