Sumqayıt İcra Hakimiyyətinin qalmaqallı məmuru Rəşad Əhmədəliyev vəzifədən çıxarıldı
Sumqayıt icra Hakimiyyətinin baş memarı Rəşad Əhmədəliyev vəzifədən çıxarıldı.
XALQ xəbər verir ki, Sumqayıt icra Hakimiyyətində aparılan kadr islahatları nəticəsində Memarlıq və şəhərsalma idarəsinin rəisi Rəşad Əhmədəliyev vəzifəsindən çıxarılıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq-tikinti məsələləri sektoru yaradılaraq sektor müdiri vəzifəsi ona həvalə edilməyib.
İcra Hakimiyyətinin rəsmi saytında belə adı silinib və vəzifə boş xana kimi göstərilib.
İcra Hakimiyyətində vəzifə tutan və qısa müddət ərzində varlanan Rəşad Əhmədalıyev barəsində təkzibolunmaz faktlar yayımlanıb. Belə ki, şəhər ərazisində qanunsuz tikintilərə birbaşa onun nəzarəti ilə həyata keçirilməsi iddia olunub.
Qeyd edək ki, Rəşad Əhmədəliyevin çoxsaylı avtomobilləri və obyektləri olması barədə mediada məlumat yayılmışdı.
Qeyd edək ki, 2015-ci ildən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı 72 yaşlı Zakir Fərəcovdur












