Sumqayıt təhsilində 5-ci kalon izi: 11 saylı məktəbə Nəcməddin Sadıqovun adamı hökm edir?
Məktəbdə təhsilin keyfiyyəti, sözsüz ki, onun rəhbərindən – direktorundan da asılıdır. Təşkilatçılıq bacarığı, savadlı və peşəkar pedaqoji kollektivin formalaşdırılması, əlbəttə ki, təhsil ocağı rəhbərinin üzərinə düşən ən mühüm missiyadır. Yüksək və nümunəvi əxlaqla bağlı tələb də öz yerində. Təcrübəsiz və idarəçi işləməyən müəllim imtahan verib direktorluq qazanır, daha sonra isə məktəbdə direktor vəzifəsində çalışır.
Bu da öz növbəsində problem yaradır. Ona görə də imtahanlarda yalnız bilik yox, həmin şəxsin eyni zamanda idarəçilik qabiliyyəti, təcrübəsi nəzərə alınmalıdır. Hesab edirəm ki, direktor seçimində bir müddət məktəblərin direktor müavinlərinə üstünlük verilməlidir. Hansı ki, onların keçmişində şübhəli məqam, problem yoxdur. Bu məsələnin həlli üçün qeyd etdiyim məqamlar mütləq şəkildə nəzərə alınmalıdır. Yalnız bilik əsas meyar olmalı deyil. Elə bu səbəbdən də son günlərdə bəzi orta məktəblərdə yerində olmayan direktor təyinatları, yeni direktorların naşı, o qədər də yüksək iddialarla məktəblərə gəlişi müəllimlərin haqlı narazılıqları ilə qarşılanır. Sumqayıt şəhər 11 nömrəli məktəbdə də bu cür xoşagəlməz hallar baş verməkdədir. Qısa bir zamanda baş verənlər onu göstərir ki, yeni təyin olunan direktor Şəlalə Hüseynova böyük kontingentə malik məktəbi idarə etmək iqtidarında deyil.
Təyin olunan gündən məktəbdə problemlərin ardı arası kəsilmir. Rəqəmsal dərslərin keçirildiyi bir vaxtda günlərlə internet problemi yaşandı. Məktəbin su motorunda yaranmış nasazlıq səbəbindən günlərlə məktəbdə su olmadı. İdarəçiliyin zəifliyi şagirdlərin davamiyyətinə də mənfi təsir göstərib. Direktor şagirdlər, valideynlər arasında yaranmış münaqişələri həll etmək bacarığında deyil. Yeni təyin olunmuş Şəlalə Hüseynovanın hansı yollarla Sumqayıtın ən böyük kontingentə sahib məktəbinə direktor göndərilməsi də şübhəli məsələdir. İddia edilir ki. Hüseynova atası general – leytenant Zahid Hüseynovun bu təyinatdakı rolu danılmazdır.
Bəs , Zakir Hüseynov kimdir? Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynov Zəfər savaşından sonra Nəcməddin Sadıqova bağlı kadrlar silsiləsində vəzifəsindən azad edilib. Zahid Hüseynov polkovnik-leytenant rütbəsindən,Silahlı Qüvvələrin Artilleriya Qoşunları komandanı və Baş Qərargah rəisinin birinci müavini təyin ediliməsinə qədər bütün pillələri məhz Nəcməddin Sadıqovun himayəsi ilə yüksəldiyi sirr deyil. İndi bu şəxsin məhz rus dilli Azərbaycan məktəbə direktor təyin olunması daha ciddi təhlükəli məqamlardan xəbər verir.












