media-yasil-agacalr

Təqdim olunan videogörüntüdə Sumqayıt şəhəri, 1-ci mikrorayon, bina 9/11 qarşısından Göyərçin abidəsinə gedən yolda baş verən vəziyyət əks olunub.

XALQ patrul.az-a istinadən xəbər verir ki,görüntülərdən məlum olur ki, 8 Noyabr – Zəfər Günü axşam saatlarında əraziyə konteyner tipli obyekt yerləşdirilib.

Sakinlərin sözlərinə görə, piyada axınının çox olduğu bu yerdə belə bir obyektin quraşdırılması həm keçidi məhdudlaşdırır, həm də ərazinin ümumi görkəminə mənfi təsir göstərir. Videogörüntüdə obyektin quraşdırılması zamanı ağacların kəsildiyi də açıq şəkildə görünür.

Hazırda sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlardan tədbir görülməsini və ərazidə qanunsuz tikintilərə nəzarətin gücləndirilməsini tələb edirlər.

 


media-728x90banner

Bənzər xəbərlər