Sumqayıtda Koroğlu pr. qanunsuz obyekt hansı şərtlərlə genişləndirir?
Sumqayıtda qanunsuz olduğu iddia edilən tikinti işlərinin sayının artdığı bildirilir.
XALQ bildirir ki, sosial şəbəkələrdə yayılan məlumatlara baxmayaraq, məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik hər hansı açıqlama verilməyib.
Daxil olan növbəti məlumata görə, Sumqayıt şəhəri Koroğlu prospektində (Avtovağzalın qarşısı) yerləşən obyektə əlavə artırma işləri aparılır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında bu artırma və quraşdırma işi ilə bağlı məlumat bazasında heç bir qeyd yoxdur.
Bildirilir ki, sözügedən obyektin artırma və genişləndirmə işləri aparılması heç bir icazəverici sənəd olmadan aparılır. Lakin bu qanunsuz işlərə Sumqayıt şəhər icra Hakimiyyətinin səlahiyyətli şəxslərinin göz yumması müəmmalıdır
İddialara görə Sumqayıt İcra Hakimiyyətinin səlahiyyətli şəxsi ilə razılaşma əsasında aparıldığı bildirilir.
İddialarla bağlı rayon icra hakimiyyətinə ünvanlanan sorğular cavabsız qalıb. Eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən də məsələ ilə bağlı hələlik hər hansı rəsmi mövqe açıqlanmayıb.
Qeyd edək ki, son dövrlər Sumqayıt şəhər ərazisində, xüsusilə mərkəzi ərazilərdə qanunsuu tikintilərini sayı artmaqdadır . Həmçininbəzi tikintilərdə layihədənkənar dəyişikliklərlə bağlı iddialar intensivləşib. Mütəxəssislər bu cür halların həm şəhərsalma normalarının pozulmasına, həm də təhlükəsizlik risklərinə səbəb ola biləcəyini vurğulayırlar.
Məsələ ilə aidiyyatı qurumların fikirlərinidə dərc etməyə hazırıq.










