media-945

 

Sumqayıt şəhərində bu günədək fəaliyyət göstərən küçə ticarəti “qanunsuzdur” deyib darmadağın edilib.

media-799

Reyd şəhərin 20 Yanvar küçəsində təşkil olunub. XALQ xəbər verir ki, söküntü zamanı  ərazidə qurulmuş 11 ədəd köşk darmadağın edilərək ərazidən götürülüb. Köşklər xüsusi texnikaların köməyi ilə məhv edilib və daşınıb.

media-798

Bu qərar icra başçısı Zakir Fərəcovun tapşırığı ilə həyata keçirilib. Koşk sahibləri isə buna etiraz edərək, icra başçısını memarlıq və şəhərsalma şöbəsinin müdiri Rəşad Əhmadaliyevi gunahlandırıblar  Məlumata görə, bu köşklərin qurulması üçün sahibkarlar İcra hakimiyyətindən  səlahiyyətli şəxslərə 2000 min manat ödənişlər ediblər.Lakin gözləniləmədən bu köşklər qanunsuz elan olunub və sökülüb.

Maraqlıdır ki, bu gün Sumayıtda bir daşı daş üstünə qoyduğun zaman əraziyə gələn icra hakimiyyətinin səlahiyyətli şəxsləri, ərazi idarətmə şöbəsinin əməkdaşları  bu köşklər qurulan zaman harada olub? Bu köşklər şəhərin düz mərkəz küşələrində qurulub və necə olub ki, Zakir Fərəcovun adamları bu obyektlər qurularkən görməyib?

Qeyd edək ki,Sumayıtda bu köşklər quraşdırılarkən sosial platformada qanunsuz tikinti ilə bağlı bir çox görüntülər var.

Məsələ ilə bağlı Sumqayıt İcra Hakimiyyətindən heç bir açıqlama alamaq mümkün olmadı.

Aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırırq.

Faktla bağlı  videoreportajı tədqim edirik…

 


media-728x90banner

Bənzər xəbərlər