Sumqayıtda yeni “QƏSSABXANA” açılması üçün hansı şərtlərlə icazə verilib?
Sumqayıt şəhərində qanunsuz inşaat işləri barəsində mütəmadi sosial platformalarda məlumatlar yayımlanır.
XALQ-a daxil olan məlumata görə Sumqayıt şəhəri 18 mkr. ərazisində qanunsuz artırma işləri başlanılıb. Belə ki, ərazidə ət satışı həyata keçirilən obyekt dəmir kosntruksiyalarla əlavə obyekt hazırlanır.
Ümumiyyətcə şəhərsalma qaydalarına riayət olunmayan tikililər bağlı hər hansı bir tədbirlərin görülməsi formal xarakter daşıyır bunu ekspertlərdə açıqlamalarında bildirirlər.
Məlumata görə Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Sumqayıtda hansı məmurun icazə verdiyi müəmmalıdır.
Məsələ ilə bağlı Sumqayıt İcra Hakimiyyətindən və digər qurumlardan heç bir münasibət öyrənmək mümkün olmadı.
Qurumların fikirlərini dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik:










