media-700

“Sun Cars” MMC avtomobil satışı mərkəzi reklamlarla müştəri cəlb etməyə çalışır. Lakin reklamda deyilənlərlə avtosalonda açıqlanan şərtlər uyğun gəlmir.

XALQ  xəbər verir ki, mərkəz sosial şəbəkələrdə yaydığı təkliflərlə avtomobil almaq istəyənlərin diqqətini çəkməyə çalışır.
Mərkəzin paylaşdığı reklam çarxlarında avtomobillərin sərfəli şərtlərlə satıldığı bildirilir. Lakin Babək prospektində yerləşən satış mərkəzinə yaxınlaşdıqda məlum olur ki, təqdim edilən şərtlər nəinki sərfəli deyil, hətta bazar qiymətindən də qat-qat bahadır və ödəniş şərtləri kifayət qədər ağırdır. Üstəlik, lizinqlə satılır və 3 qat baha təklif olunur. Yəni normal kredir şərtləri deyil.
Belə ki, mərkəz reklamlarında “avtomobilini gətir, barter et” təklifi ilə çıxış edir. Ancaq müştəri ilə danışıq zamanı məlum olur ki, avtomobil lizinqlə təklif edilir.

Nəticədə isə qiymət demək olar ki, 3 dəfə baha hesablanır.

Belə ki, bazar dəyəri təxminən 25 min manat olan Çin istehsalı “BYD” markalı avtomobil mərkəzin təklif etdiyi şərtlərlə alıcıya 47 min manata başa gəlir.
Mütəxəssislər vətəndaşlara müqavilə imzalamazdan əvvəl şərtlərlə diqqətlə tanış olmağı və reklamla real təklif arasındakı fərqlərə xüsusi diqqət yetirməyi tövsiyə edir. Qarşı tərəfi dinləməyə hazırıq.


media-728x90banner

Bənzər xəbərlər