media-qaz

2027-ci ildə Tayvanda süni intellektdən əldə edilən dividendlər hesabına hər bir vətəndaşa 10 min Tayvan dolları (təxminən 534 AZN) ödəniləcək. 

Bu məqsədlə ümumilikdə 235,7 milyard Tayvan dolları (12 milyard 580 milyon AZN) ayrılacaq.

Bildirilib ki, bu qərarın qəbul edilməsinə səbəb cari ildə Tayvan iqtisadiyyatının gözləniləndən daha yaxşı göstəricilər nümayiş etdirməsidir. Əldə olunan yüksək nəticələr süni intellektə artan qlobal tələb fonunda yarımkeçiricilər sənayesinin, informasiya-kommunikasiya texnologiyalarının və istehsal zəncirlərinin inkişafı, həmçinin bu sahədə sifarişlərin, tədarüklərin və investisiyaların artması ilə bağlıdır.

Vətəndaşlara birdəfəlik müavinətin ödənilməsinin dövlət büdcəsində kəsirin və ya dövlət borcunun artmasına səbəb olmayacağı bildirilir.

 

“Qafqazinfo”


media-728x90banner

Bənzər xəbərlər