Suraxanı bazarında bu tikintiyə hansı şərtlərlə icazə verilib?
Bakı şəhərinin Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən bazar ərazisində qanunsuz tikinti işlərinin aparıldığı bildirilir. Videogörüntülərdən də göründüyü kimi, tikinti işləri rayon icra hakimiyyətinin inzibati binasına yaxın ərazidə həyata keçirilir.
XALQ xəbər verir ki, ərazidə fəaliyyət göstərən “Suraxanı Bazar” ASC-yə məxsus bazarda aparılan tikinti üçün hər hansı rəsmi icazə və ya təsdiqedici sənəd mövcud deyil.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi, həmçinin Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən tikintiyə icazə verilmədiyi qeyd olunur.
Qeyd edək ki, Suraxanı rayonunda uzun illərdir qanunsuz tikinti halları ilə bağlı narazılıqlar səsləndirilir. Müxtəlif dövrlərdə bu istiqamətdə müəyyən tədbirlərin görüldüyü bildirilsə də, problemin tam şəkildə aradan qaldırılmadığı qeyd olunur. Bu isə qanunsuz tikinti proseslərində maraqlı şəxslərin olduğu və həmin şəxslərin vasitəsilə bu cür işlərin davamlı həyata keçirildiyi ilə bağlı iddiaları gündəmə gətirir.
Hazırda məsələ ilə bağlı aidiyyəti qurumların münasibəti gözlənilir.










