media-eks

Suraxanı rayonu Mürsəl Kazımlı küçəsində aparılan tikinti işləri diqqət çəkib.

XALQ  xəbər verir ki, sözügedən ərazidə genişmiqyaslı tikinti işlərinə başlanılıb və qazıntı aparılır  Lakin ərazidə nəyin inşa olunduğu, qazıntı  hansı məqsəd daşıdığı və layihənin kimə məxsus olması barədə heç bir məlumat lövhəsi yerləşdirilməyib.

Bu isə tikintinin qanuniliyinə dair ciddi suallar yaradır.

Maraqlıdır, görəsən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi və Suraxanı Rayon İcra Hakimiyyəti həmin ərazidə aparılan tikinti işlərinə rəsmi icazə veribmi?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında Mürsəl Kazımlı küçəsində aparılacaq tikinti işi ilə bağlı heç bir qeyd yoxdur.

Qanunvericiliyə əsasən, iri tikinti layihələri zamanı ərazidə layihə barədə məlumat lövhəsi yerləşdirilməli, tikintinin təyinatı, icazə sənədləri və sifarişçi barədə məlumat açıq şəkildə göstərilməlidir. Ancaq hazırda Mürsəl Kazımlı küçəsində aparılan işlərlə bağlı belə məlumatların olmaması şübhələri daha da artırır.

Ərazidə qazıntı işləri sürətlə davam etsə də, aidiyyəti qurumlar tərəfindən hər hansı nəzarət və ya açıqlama müşahidə edilmir.

Qeyd edək ki, son dövrlər paytaxtın müxtəlif ərazilərində qanunsuz tikintilərlə bağlı narazılıqlar artmaqdadır. Buna baxmayaraq, bəzi hallarda aidiyyəti qurumların məsələyə operativ münasibət bildirməməsi ictimai narahatlığı daha da gücləndirir.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi maraq doğurur.

Bu barədə videomaterialı təqdim edirik.


media-728x90banner

Bənzər xəbərlər