featured-image-10891

15

Onlar «Günəşli» hotelində əxlaqsızlıq yuvası ilə bağlı tədbir görülməsini tələb edirlər 

 

Suraxanı rayon sakinləri Xalq.az-a müraciət edərək, şikayətləniblər. Onların şikayəti isə «Günəşli» adlı hoteldə baş verən xoşagəlməz olaylarla bağlıdır. 

 

Vətəndaşlar bildiriblər ki, sözügedən moteldə əxlaqsızlıq yuvası fəaliyyət göstərir. Belə ki, hər gün, xüsusən də gecə saatlarında motelə cüt şəkildə gələnlərin çığır-bağırı, habelə əxlaqa sığmayan ifadələr işlətməsi yaxınlıqda yaşayan sakinlərin narahatlığına səbəb olub. Bununla əlaqədar dəfələrlə müvafiq qurumlara müraciət edilməsinə baxmayaraq, heç bir tədbir görülməyib.

 

Xatırladaq ki, bir müddət əvvəl Ombudsman Elmira Süleymanova əhalini əxlaqsızlıq yuvalarına qarşı mübarizəyə çağırıb. Əxlaqsızlıq yuvaları məsələsinə toxunan ombudsman qeyd edib ki, hamı belə hallara qarşı mübarizə aparmalı və öz vətəndaşlıq mövqeyini bildirməlidir: “Bakıda bir elanda göstərilib ki, hər həftənin 5-ci günü gənc qızlar qəlyan çəkməyə dəvət olunur. Bu çox dözülməz bir haldır. Bu əxlaqsızlığa dəvətdir. Belə əxlaqsızlıq yuvalarına qarşı hamı ciddi şəkildə mübarizə aparmalıdır”.

11 12 13

 


media-728x90banner

Bənzər xəbərlər