Sürücülük vəsiqəsi üçün imtahanı hansı qurum keçirəcək?
“Sürücülük vəsiqəsi imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilməyəcək”.
XALQ.AZ xəbər verir ki,bu sözləri DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan dili üzrə sertifikasiya imtahanının onlayn platformasının təqdimatına həsr olunan tədbir zamanı jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, DİM, sadəcə, taksi və yük avtomobili sürücüləri üçün imtahan keçirir:
“Bu tapşırıqları bizə Nazirlər Kabineti verir, hansı tapşırıqlar verilirsə, biz onu icra edirik”.
Qeyd edək ki, sürücülük vəsiqəsi üçün imatahını BDYPİ-nin Qeydiyyat-imtahan və texniki baxış şöbəsi həyata keçirir.