Tahir Budaqov icra başçısı təyin olundu
Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.
XALQ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.










