Millət vəkili Tamam Cəfərova Vətən müharibəsinin şəhidi Əliyev Rauf İlyas oğlunun baralyefinin açılış mərasimində iştirak edib. Şəhidin ailə üzvləri, dostları, iş yoldaşları, şagirdləri, yaxınları və rayon ictimaiyyətinin nümayyəndələri tədbirdə iştirak ediblər. XALQ.AZ xəbər veri ki, Şəhidin xatirəsi yad edilib, iştirakçılar onunla bağlı xatirələrini bölüşüblər.

Əliyev Rauf İlyas oğlu 1993-cü ildə Şamaxı şəhərində anadan olub, 2008-ci ildə Şamaxı şəhər 2 saylı orta məktibi bitirib. 2008-ci ildə Şamaxı şəhər İmadəddin Nəsimi adına 1 saylı musiqi məktəbinı Tar ixtisası üzrə bitirən Rauf Əliyev həmin il Sumqayıt şəhər Soltan Hacıbəyov adına Musiqi Kollecinə qəbul olmuşdur. O, 2012-ci ildə kolleci bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətini Milli Ordu sıralarında, cəbhə bölgəsində, Ağdamın Yusifcanlı kəndindəki “N” saylı hərbi hissədə keçirmişdir. Əliyev Rauf İlyas oğlu əmək fəaliyyətinə 2015-ci ilin yanvar ayının 5-də Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbinə Tar ixtisası müəllimi kimi başlamışdır.

21 sentyabr 2020-ci il tarixdə Silahlı Qüvvələrin hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışına çağırılan Rauf Əliyev təlimlərdə fərqləndiyi üçün təltif olunmuşdur. 27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində öndə hərəkət edən kəşfiyyat qrupuna könüllü olaraq qatılmış, Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir. Talış yüksəkliyi və Suqovuşanın azad olunmasında böyük qəhrəmanlıq, şücaət göstərmişdir. Əliyev Rauf İlyas oğlu 30 sentyabr 2020-ci il tarixdə Şəhidlik zirvəsinə ucalmış, oktyabr ayının 1-də Şamaxı şəhər Şəhidlər xiyabanında dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə şəhid Əliyev Rauf İlyas oğlu ölümündən sonra “Vətən uğrunda” ,29 dekabr 2020-ci il tarixli sərəncamı ilə”Laçının azad olunmasına görə”medalı ilə təltif olunmuşdur. Rauf Əliyev nişanlı idi. O, işlədiyi kollektivin, xüsusilə şagirdlərinin sevimlisi idi.

Açılış mərasimində iştirak edən Tamam Cəfərova bildirdi ki, Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə şanlı Azərbaycan Ordusu möhtəşəm qələbə çaldı, 30 il işğal altında olan torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Bu böyük, tarixi Qələbə üçün hamımız şəhidlərə borcluyuq. Bu şanlı qələbə cənab Prezident İ.Əliyevin hər zaman qeyd etdiyi kimi, şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı hesabına əldə edilmişdir. Onların qanı yerdə qalmamışdır, düşmən öz layiqli cavabını almışdır.

İştirakçılara şəhidlərə göstərilən dövlət qayğısı, bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti M.Əliyevanın rəhbərliyi altında H.Əliyev Fondunun və “Yaşat” Fondunun fəaliyyətləri haqqında ətraflı məlumat verən Millət vəkili bildirdi ki, dövlət hər zaman şəhid ailələrinin yanındadır, onların qayğıları diqqət mərkəzindədir.

Sonda deputat dövlətimiz tərəfindən şəhid adının əbədiləşdirilməsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verdi və bildirdi ki, şəhidlərin xatirəsi Azərbaycan xalqının ürəyində daima yaşayacaqdır. Şəhidlərimiz bizim qürurumuzdur! Onları heç bir zaman unutmayacağıq!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Возможно, это изображение (10 человек, люди стоят и на открытом воздухе)
Возможно, это изображение (3 человека, люди стоят и на открытом воздухе)
Возможно, это изображение (2 человека, люди стоят и на открытом воздухе)
Возможно, это изображение (4 человека, люди стоят и на открытом воздухе)

media-728x90banner

Bənzər xəbərlər